Hikmət Hacıyev: 30 illik işğal nəticəsində Azərbaycanın 8 şəhəri və yüzlərlə kəndi dağıdılıb
14.08.2023 [15:52]
“30 illik dağıdıcı erməni işğalı Azərbaycanın 8 şəhərinin və yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub. Amma dövlət tərəfindən həyata keçirilən və maliyyələşdirilən misli görünməmiş bərpa prosesi işğaldan azad edilmiş ərazilərin dirçəlməsinə səbəb olub”, - deyə AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.