Azərbaycan Dövlət İnformasiya Agentliyi

II MDB Oyunlarında ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb

14.08.2023 [18:56]

Xəbərin mətni

Avqustun 14-də Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında 4-cü yeri tutan Azərbaycan millisi Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.