Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər edib

16.08.2023 [14:01]

Xəbərin mətni

Avqustun 16-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin və hərbi nümayəndələrin Ağdama səfər edib.
AZƏRTAC xəbər verir ki, heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçilər daxildir.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.