İDMAN


Adını “Ginnesin Rekordlar kitab”ına yazdırmaq istəyən 62 yaşlı pəhləvan

Avqustun 22-də Keşlə stansiyasında yerləşən dəmir yolunda pəhləvan qatar çəkib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın fəxri xalq pəhləvanı Əliyar Musayev barmaqları ilə qatarı irəli aparıb.
“Ginnesin Rekordlar kitab”ına düşmək istəyən pəhləvan deyib: “Uzun illərdir ki, Azərbaycanın qədim idman növü olan pəhləvanlıqla məşğul oluram. 62 yaşım var. Əsas məqsədim Azərbaycanı dünyada layiqincə təmsil etməkdir. Bugünkü performansımı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edirəm”.