SİYASƏT


Ermənistanın sülhə razılaşmaması Belçikanın xarici işlər nazirinin diqqətinə çatdırıldı

Ermənistan tərəfinin götürdüyü öhtəliklərə uyğun olaraq Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması və Ermənistanın bu istiqamətdə öhtəlikləri bir daha diqqətə çatdırıldı. İki il yarım bu istiqamətdə gedən danışıqlarda bəlli irəliləyişlər olmasına baxmayaraq hələ də Ermənistanın qeyri-konstruktiv mövqeyi bu istiqamətdə tam nəticə əldə etməyə imkan yaratmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labiblə birgə keçirilən mətbuat brifinqində deyib.