MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çində səfərdədir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Pekin şəhərində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Söhbət zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.