Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalının Təzəbinə kəndində çətənə kolu plantasiyası aşkarlanıb

06.10.2023 [18:57]

Xəbərin mətni

Xocalının Təzəbinə kəndinin ərazisində 10 hektardan artıq ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çətənə plantasiyası erməni separatçıları tərəfindən kəndin əkin sahəsində salınıb.
Mütəxəssislər hesab edirlər ki, həmin bu nartkotik vasitə yəni, çətənə kolu sativa növüdür. Sativa növü dünya bazarında daha çox alınan və tələbata ehtiyacı olan növdür. Qara bazarda qurudulmuş bu növ çətənənin bir kiloqramının qiyməti 8-10 min manat arasında dəyişir.