SİYASƏT


On ölkənin media nümayəndələrinin Çin tarixinə və mədəniyyətinə ekskursiyası

Pekində keçiriləcək 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumu ərəfəsində 10 ölkənin aparıcı KİV-lərinin nümayəndələrinn Çinə press-turu təşkil edilib.
Media nümayəndələrinin Şensiyə səfəri ÇKP MK və “Jenmin Jibao” qəzetinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinin üzvləri “Bir kəmər, bir yol” media əməkdaşlıq Forumunda da iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan KİV-lərinin nümayəndə heyəti əvvəlcə Şensi əyalətinin tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə tanış olublar.