CƏMİYYƏT


Pirallahıda yanacaqdoldurma məntəqəsində partlayış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayışın baş verdiyi və məntəqə ərazisində yüksək yanğın təhlükəsinin yarandığı müəyyən olunub.