CƏMİYYƏT
Bakı-Quba yolunda qəza baş verib
18.11.2023 [19:59]
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsisi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Opel" markalı minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza vaxtı avtomobildə biri azyaşlı olmaqla 3 nəfər olub.
Qəzada xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə ilə əlaqədar qısa müddətdə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu bağlanıb, tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.
02.12.2023 [22:22]
01.12.2023 [01:29]
29.11.2023 [14:27]
27.11.2023 [15:16]
02.12.2023 [18:01]
30.11.2023 [17:44]
30.11.2023 [16:46]
29.11.2023 [10:28]
28.11.2023 [17:17]
02.11.2023 [17:33]
02.11.2023 [16:51]