Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə avtomobil qəzası: Ölən və xəsarət alanlar var

23.11.2023 [10:14]

Xəbərin mətni

Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” ilə “VAZ 21014” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova xəstəxanada ölüb. Beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar