Oğuzda 25 çarpayılıq uşaq bağçası yanıb
23.11.2023 [10:58]
Xəbərin mətni
Oğuz şəhər ərazisindəki körpələr evi-uşaq bağçasında yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən AZƏRTAC-a bildirilib ki, gecə saatlarında yanğınla bağlı məlumat daxil olub. Dərhal FHN-in Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Yanğın yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi nəticəsində söndürülüb, eyni zamanda, yaxınlıqdakı yardımçı tikililər yanğından mühafizə edilib.