Bakıda İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyası keçirilir
23.11.2023 [13:46]
Xəbərin mətni
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir. Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.