Metronun “Azadlıq Prospekti” stansiyası yaxınlığında ticarət obyekti yanır
23.11.2023 [20:24]
Binəqədi rayonunda metronun “Azadlıq Prospekti” stansiyası yaxınlığında ticarət obyekti yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub.
Əlavə məlumat veriləcək.