Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvarda “Hind toyuğu festivalı” keçirilib

25.11.2023 [17:14]

Xəbərin mətni

Biləsuvar rayonunda “Hind toyuğu festivalı” keçirilib.
Rayon icra hakimiyyəti, “Azər Home Chef” şirkəti və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan festivalda hind toyuğu ətindən hazırlanan müxtəlif yeməklər qonaqlara təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mərkəzi Parkında təşkil olunan möhtəşəm festivalda yerli və xarici qonaqlar iştirak ediblər.
Festival boyu toyuğu quşundan hazırlanmış müxtəlif çeşidli təamlar qonaqlara təqdim olunub.