Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

27.11.2023 [10:48]

Xəbərin mətni

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülür.