Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə daha 25 ailəyə evlərinin açarları təqdim olunub

27.11.2023 [15:42]

Xəbərin mətni

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Bu gün 25 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb.