Gədəbəydə mövsümün ilk qarı yağıb
28.11.2023 [11:20]
Xəbərin mətni
Ötən gündən axşam saatlarından başlayaraq Gədəbəy rayonuna da qar yağmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, qar rayon mərkəzinə, dağlara və ətraf kəndlərə təxminən 5-15 sm hündürlüytündə yağıb. Miskinli və Düzyurd ərazisində də qarın hündürlüyü təxminən 10 sm təşkil edir. Yağıntı ilə bağlı yollarda nəqliyyatın hərəkətində çətinlik qeydə alınmayıb.