Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaxda rayon ərazisindən “Kalaşnikov” avtomatı tapılıb

28.11.2023 [11:45]

Xəbərin mətni

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb.