CƏMİYYƏT


Ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində qəza: ölənlər var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "Nissan" markalı avtomobil aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva və 59 yaşlı Xalis Babayev aldığı xəsarətlərdən dünyasını dəyişiblər.