İDMAN


Laçında fəaliyyətə başlayan “Lacınema”da “Molde” – “Qarabağ” oyunu canlı yayımlanacaq

“Qarabağ”ın növbəti oyunu Laçın şəhərində fəaliyyətə başlayan “Lacınema”da canlı yayımlanacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde”nin qonağı olacaq. Noyabrın 30-da saat 23:45-də başlayacaq “Molde” – “Qarabağ” oyunu “Lacınema”da birbaşa yayımlanacaq və laçınlılar “Qarabağ”a birlikdə dəstək olacaqlar.