CƏMİYYƏT


Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada ölüb

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada ölüb.
Bu barədə AZƏRTAC-a Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, ötən gün axşam saatlarında 77 yaşlı şəhər sakini Yaşar İbrahimov çoxsaylı bıçaq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. O, ilkin müayinə və müalicələr edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq Y.İbrahimov gecə saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.