Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Laçının daha 63 sakini doğma yurda yola salındı

29.11.2023 [11:17]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib.