Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sarıcalı kəndində yeni evlər tikilir

29.11.2023 [14:47]

Xəbərin mətni

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş torpaqlarımıza həyat yenidən qayıdır. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.
Ağdam rayonunda tikintisinə başlanılan yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir.