CƏMİYYƏT


Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib

Noyabrın 29-da Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Yeni media mühitində təhsil və məşğulluq imkanları” “MEDİAlab” layihəsinin hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidinin, iqtisadiyyatın bütün ənənəvi sahələrində olduğu kimi media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin və ən əsası bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib.