SİYASƏT


Xalqımız Ulu Öndərin xatirəsini yad edir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini dərin ehtiramla anırlar.
AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - Vətən müharibəsi qaziləri, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları var. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyirlər.