SİYASƏT


Türkiyədə təsis olunan “Heydər Əliyev təqaüdü” proqramı ictimaiyyətə təqdim edilib

Dekabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan tələbələr üçün təsis olunan “Heydər Əliyev təqaüdü” layihəsi ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anım tədbirləri çərçivəsində keçirilən təqdimetmə mərasimində Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.