Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polis Akademiyasında mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqi mövzusunda beynəlxalq konfrans keçirilib

16.12.2023 [16:08]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri iştirak ediblər. Konfransda Türkiyə, Rusiya, Moldova, Bolqarıstan, Gürcüstan və Qazaxıstanın 14 ali təhsil müəssisəsinin nümayəndələri onlayn formatda iştirak ediblər.