Şirvanda yol qəzası baş verib
21.12.2023 [21:53]
Xəbərin mətni
Şirvan şəhərində yol qəzası baş verib, mikroavtobus qaldırıcı krana çırpılıb, hadisə zamanı xəsarət alanlar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı mikroavtobus yolun kənarında dayanan qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar Könül Əliyeva, Mətanət Sadıqova, Rəfiqə Məmmədova, Söhbət Kərimov Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.