Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəzinti qayığında batmaq üzrə olan şəxslər xilas edilib

22.12.2023 [12:21]

Xəbərin mətni

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər. DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.