Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev Xocalı rayonunun Xanabad kəndində olub

22.12.2023 [20:53]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.