Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib

23.12.2023 [12:44]

Xəbərin mətni

Dekabrın 23-də Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib. İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir. Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılıb. Həmin aydan başlayan tikinti işləri 3 ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tikilib, kənarlarına məhəccərlər quraşdırılıb. Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək