Abşeron rayonunda keçirilən tədbirlər zamanı dörd odlu silah aşkarlanıb
23.12.2023 [13:16]
Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Qobu, Mehdiabad və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar - Novxanı qəsəbəsi sakini Saleh Ağayevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 8 ədəd patron, 1 ədəd daraq, Mehdiabad qəsəbəsi sakini Pünhan Nəbiyevdən “Makarov” tapançası, 5 ədəd patron, 1 ədəd daraq, Qobu qəsəbəsi sakini Ramin Rzayevdən “TT” markalı tapança, 2 ədəd patron və daraq, Xırdalan şəhər sakini Elvin Abdullayevdən isə “AK-74” avtomatı, 15 ədəd patron, eləcə də daraq aşkar olunaraq götürülüb.