Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək Gəncədə yaşayış binasının dam örtüyünü uçurub

23.12.2023 [22:58]

Xəbərin mətni

Güclü külək Gəncədə doqquz mərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb.