Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək Qubada “Yaşıl teatr”ın, Siyəzəndə yaşayış binalarının dam örtüyünü aşırıb

24.12.2023 [12:36]

Xəbərin mətni

Dekabrın 23-ü axşam saatlarından başlayaraq əsən güclü külək şimal rayonlarında ciddi fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək Qubadakı “Yaşıl teatr”ın dam örtüyünü aşırıb, rayonun elektrik təsərrüfatına ziyan vurub. Hazırda rayonda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.