Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş torpaqlarımız dirçəlir

25.12.2023 [17:21]

Xəbərin mətni

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu günədək 4500-dən çox məcburi köçkünün bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb.