Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zabuxda daha 27 ailəyə evlərinin açarları təqdim olundu

25.12.2023 [21:02]

Xəbərin mətni

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələr yeni evlərinin açarlarını təhvil alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.