Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MSK sədri: Ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib

05.02.2024 [15:35]

Xəbərin mətni

Seçicilərimizin sayı 6 milyondan artıqdır. Onlar 6537 məntəqədə səs verəcəklər. Bütün məntəqələr lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərimizin rahat şəkildə səs vermələri üçün bütün şəraiti yaratmışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay ilə görüşündə söyləyib.