İDMAN


Azərbaycanda yeni yaradılan xokkey komandasının açıq məşqi keçirilib

Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşən buz meydançasında yeni yaradılan xokkey üzrə Azərbaycan komandası təlim-məşq toplanışı keçirilib. AZƏRTAC xəbər verir ki, hazırlıq prosesində müxtəlif yaş qruplarından olan 18 idmançı iştirak edib. Xokkey komandasının baş məşqçisi Aleksandr Bilinov bu idman növünə marağın artdığını deyib. Komandanın məşqçisi Zaur Məmmədəliyev əsas məqsədlərinin Azərbaycanda xokkey idman növünü inkişaf etdirmək olduğunu bildirib.