MÜSAHİBƏ
Allahşükür Paşazadə: Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur
26.02.2024 [11:26]
Xəbərin mətni
Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. “Hər bir məscid, kilsə yenidən təmir olunur, Şuşada və digər ərazilərdə yeni məscidlər tikilir. Ərazilərimizə qayıdan dindarlar bu ibadət yerlərindən istifadə edəcəklər. Bütün bunlara görə, Prezidentimizə təşəkkür edirik”, - o vurğulayıb