MÜSAHİBƏ


COP29-un Prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir

İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsi COP29-un əsas mövzularındandır. Ona görə də maliyyə institutları bu mövzunun noyabrda Azərbaycanda geniş müzakirə olunmasında çox maraqlıdır.
Bu fikirləri Vaşinqtonda səfərdə olan COP29-un Prezidenti Muxtar Babayev AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında deyib.
Muxtar Babayevin sözlərinə görə, əvvəlcə çox ciddi danışıqlar prosesi getməlidir ki, donor ölkələr inkişafda olan və xüsusilə ada ölkələrinə, zəif inkişaf etmiş ölkələrə maliyyə yardımlarını mümkün qədər artırsınlar.