RƏSMİ


Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimin keçirildiyi ərazidə quraşdırılan yurtada qırğız xalq musiqisi və milli mətbəxinin nümunələri nümayiş etdirildi.