RƏSMİ


Prezident İlham Əliyev Ağdam və Xocalıya səfər edib

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu.
Sonra dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar, Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.
Prezident İlham Əliyev Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib.
Sonra dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı şəhərinin Baş planı ilə tanış olublar.