CƏMİYYƏT
Baba və nənəsi eyni olan şəxslər evlənə bilməyəcək
12.06.2024 [19:32]
Bioloji qohumluğu olan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək. Yəni babası və nənəsi eyni olan uşaqların evlənməsi qadağan ediləcək. Milli Məclisin deputatı Hicran Hüseynovanın sözlərinə görə bu məsələnin gündəliyə gətirilməməsi adət-ənənələrimizlə bağlı idi, ancaq genofondun dəyişməsi qan qohumlarının evlənməsi məsələsini gündəmə gətirir. Həkimlər isə deyir ki, qohum evlilikləri zamanı doğulan uşaqlarda həmişə anadangəlmə olmur, bəzi hallarda hətta sonradan da özünü biruzə verən xəstəliklər yarana bilər.