CƏMİYYƏT
Yüzlərlə təqaüdçünün kartından pul oğurlayan qadın saxlanılıb
13.06.2024 [13:38]
Xəbərin mətni
Ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxs taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib.