Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda içərisində 340 min manat olan seyfi oğurlayan dəstə üzvləri saxlanılıblar

13.06.2024 [17:05]

Xəbərin mətni

Paytaxt ərazisində yerləşən evlərin birindən içərisində 340 min manat pul olan seyf oğurlanıb. Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.