Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN tərəfindən yanacaqsaxlama çəninin istismarı dayandırılıb

14.06.2024 [10:09]

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Daşkəsən rayonunun Gurbulaq kəndində yerləşən yanacaqsaxlama çənində növbədənkənar yoxlama aparılıb. Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.