Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə fərdi yaşayış evini ildırım vurub

14.06.2024 [19:42]

Qeyri sabit hava şəraiti növbəti dəfə fəsad törədib. Balakəndə fərdi yaşayış evini ildırım vurub. Xalatala kəndində Ruslan Maçanova məxsus evə düşən ildırım evin elektrik sistemini tamamilə sıradan çıxarıb. İldırım topu divarı dağıdaraq çıxıb və yaxınlıqdakı ağaca dəyib. Ev sakinlərinin evdə olmasına baxmayaraq xoşbəxtlikdən heç kim xəsarət almayıb. Hadisə nəticəsində baş verən yanğının qarşısı ev sahibinin çevikliyi nəticəsində alınıb.