CƏMİYYƏT


Bayram günlərinin hava proqnozu

Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 15-i səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Bölgələrə gəldikdə isə iyunun 15-16-da əsasən dağlıq və dağətəyi rayonlarda, 17-də isə bəzi bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir.