CƏMİYYƏT


Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib

15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri Xocalı rayonunda aşkar edilən Ermənistan silahlı qüvvələrinə məxsus "2K11 Kruq" zenit-raket kompleksi ilə tanış olublar.
Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.